Anna Netrebko və Yusif Eyvazovun Vyanada konserti olacaq

11-02-2020, 07:00
143

Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyana Konserthausda çıxış edəcəklər.
AZƏRTAC Vyana Konserthausun saytına istinadla xəbər verir ki, konsertin proqramına Cüzeppe verdi və Cakomo Puççininin əsərləri daxildir.
Anna Netrebko (soprano) yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. 2007-ci ildə ABŞ-ın “Time” jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
Yusif Eyvazovun (tenor) 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris və digər nüfuzlu opera teatrlarından dəvət alıb. Adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: