Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Sabirabad və Şirvanda vətəndaşları qəbul edəcək

11-02-2020, 13:00
242

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin fevralında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə fevralın 14-də saat 14:00-da Sabirabad şəhərində Sabirabad və Saatlı sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 14:00-da Şirvanda şəhər sakinlərini qəbul edəcək. Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, “1655” nömrəli Çağrı mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin ediləcəklər. Bunun üçün vətəndaşlardan Sabirabad rayonunda (021) 235-72-33, Saatlı rayonunda (021) 285-21-90, Şirvan şəhərində (021) 215-15-15 nömrəli telefona zəng etmələri xahiş olunur.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: