Avropada uzunməsafəli qatar reysləri salınacaq

12-02-2020, 05:30
232

İsveç Nəqliyyat İdarəsi, ölkənin bəzi əsas şəhərləri ilə kontinental Avropanı birləşdirəcək uzunməsafəli qatar reyslərini istifadəyə verməyi planlaşdırır.
AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, İsveçin Nəqliyyat İdarəsi “Trafikverketin” verdiyi məlumata əsasən, ilk gecə qatarları ölkənin cənub hissəsindəki Malmö şəhəri ilə Almaniyanın Köln şəhərinə Danimarkanın paytaxtı Kopenhagen üzərindən keçməklə hərəkət edəcək. İlkin planlara görə, qatar axşam saat 7: 40-da Malmödən yola düşəcək və növbəti gün səhər 6-da Kölnə çatacaq. Buradan sərnişinlər Amsterdam, Münhen, Paris və Londona getmək üçün mövcud reyslərdən yararlana biləcəklər. Hazırkı layihəyə əsasən, reyslər 2022 və ya 2023-cü illərdə vaqonların alınması, loqistik hissə barədə qərar verilməsi və bu daşımaları həyata keçirəcək şirkətin seçilməsindən sonra başlanılacaq. Malmö və Köln arasında dəmir yolu əlaqələrinin yaradılmasınan sonra İsveç Nəqliyyat İdarəsi Frankfurt, Brüssel, Berlin və Bazel kimi şəhərlər ilə də dəmir yolu reyslərinin yaradılması imkanlarını nəzərdən keçirəcək.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: