Rusiya fizikləri iki ilə kvant üstünlüyünə nail olmaq niyyətindədirlər

12-02-2020, 07:30
51

Rusiya alimləri tərəfindən hazırlanan kvant kompüter iki ildən sonra kvant üstünlüyünə nail ola bilər, yəni mövcud superkompüterlər üçün mümkün olmayan hesablama əməliyyatını apara bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsinin Kvant Texnologiyaları Mərkəzinin elmi rəhbəri Sergey Kulik söyləyib. Onun sözlərinə görə, laboratoriyada kvant kompüterinin yaradılması üçün iki fiziki platforma var: neytral atomlar və foton çipləri əsasında. Alimlər burada hazırda onlarca rubidium atomları ilə işləyirlər.
Qeyd olunub ki, kvant kompüterini yaratmaq üçün dünyada onadək platforma inkişaf etdirilir. Rusiyada dörd platforma fəal inkişaf etdirilir. Alimlər hələ ki texnoloji sıçrayışa hansı platformanın köməyilə nail olunacağını bilmirlər.
Kvant üstünlüyü nailiyyəti barədə ilk dəfə olaraq 2019-cu ilin oktyabrında “Nature” jurnalında yazılıb. Bu, Kaliforniya Universitetinin professoru Con Martinisin rəhbərliyi ilə hazırlanmış kompüter olub. Həmin kompüter Amerikanın IBM şirkətinin “Sammit” superkompüterinin təxminən 10 min ilə hesablayacağı məlumatları bir neçə dəqiqəyə hesablaya bilər.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: