İtaliya klublarının son beş il üzrə maliyyə hesabatları açıqlanıb

13-02-2020, 05:00
82

İtaliya çempionatında (A Seriyası) çıxış edən klubların son beş il üzrə maliyyə hesabatları açıqlanıb.
AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, futbolçu satışından ən çox qazanc əldə edən klub “Yuventus”dur. Turin təmsilçisi son beş ildə transferlərdən 417 milyon avro gəlir götürüb. Siyahıda sonrakı yerlərdə “Roma” (191 milyon), “İnter” (185 milyon), “Napoli” (142 milyon) klubları qərarlaşıblar.
Transferlər üçün xərclənən vəsaitin məbləğinə görə isə birinci pilləni “Milan” klubu tutub. Milanlılar son beş ildə 387 milyon avroluq sazişlər imzalayıblar. “İnter” 315 milyon avro ilə ikinci, 284 milyon avro xərcləyən “Yuventus” isə üçüncüdür. Dördüncü sırada qərarlaşan “Napoli” futbolçuların alınması üçün 161 milyon avro xərcləyib.
Hesabatlarda klubların borclarının məbləği də müəyyənləşib. “Yuventus”un borcu 473 milyon avro təşkil edir. “İnter”in borcu 461 milyon, “Roma”nın isə 255 milyon avrodur. “Milan”ın borcu isə 2018-ci ildəki 260 milyon avrodan 83 milyon avroya qədər azalıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: