Müəlliflər kitabxanaya kitab hədiyyə etdilər

13-02-2020, 09:00
45

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər.

Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən...” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr olunmuşdur. 

Pərixanım Mikayılqızı (Muradova) müəllifi olduğu “F.B.Köçərli: “Ümmətdən-millətdə doğru” kitabının on nüsxəsini hədiyyə etdi. Müəllif ədibin “Əsərləri” kitabını transliterasiya edərək, onu kiril qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirmişdir. 

Tanınmış uşaq yazarı, şair Gülzar İbrahimova da kitabxanaya yaxın günlərdə işıq üzü görmüş «Как подружились сказки» kitabının on nüsxəsini kiçik oxuculara hədiyyə etdi. 
Kitabxana qələm sahibləri ilə sıx əlaqə saxlayır və yeni nəşr olunmuş kitabların təqdimatını keçirir.


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: