Naxçıvan Qarnizonunda hərbi qulluqçuların daşqaldırma birinciliyi keçirilib - VİDEO

14-02-2020, 00:00
269


Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması, güclü idmançı və komandaların müəyyən edilməsi məqsədilə birinciliyin təşkil olunduğunu bildirərək idmançılara uğurlar arzulayıb.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komandadan 96 idmançı 6 çəki dərəcəsində mübarizə aparıb. Birincilik, daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib.
Hər çəki dərəcəsində şəxsi yerlər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda 60 kq çəki dərəcəsində əsgər Cavad Əkbərli, 65 kq çəki dərəcəsində baş çavuş Rəşad Həsənov, 70 kq çəki dərəcəsində əsgər Kənan Cəlilov, 80 kq çəki dərəcəsində çavuş Elgün Əsgərov, 90 kq çəki dərəcəsində gizir Sərxan Zeynalov və 90 kq-dan yuxarı çəki dərəcəsində əsgər Allahverdi Allahverdiyev birinci yerə layiq görülüb.
Yekun nəticələrə əsasən komanda hesabında  üçüncü yerdə motoatıcılar, ikinci yerdə xüsusi təyinatlılar, birinci yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası qərarlaşıb. İlk üçlüyə düşməyi bacaran qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: