Heydər Əliyev adına AAHM-də professor və müəllim heyəti ilə təlim-metodiki toplanış keçirilib

14-02-2020, 00:30
186

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış keçirilib. 
Toplanışda metodiki məşğələlər keçirilib, tədris, metodiki və tərbiyəvi işin aktual problemləri müzakirə edilib, yeni rəhbər sənədlərin tələblərinin və qoşunların təcrübəsinin tədris prosesində tətbiqi üçün aidiyyəti üzrə göstərişlər verilib və yeni tədris dövründə qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına diqqət yetirilməsinin vacibliyi xüsusi vurğulanıb.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: