Kitabxanaya kitab hədiyyə edildi

14-02-2020, 06:00
165

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yeni kitab hədiyyə edildi. Kitab Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuşdur. “Yazarlar” jurnalının xüsusi buraxılışı olan ”Dağlar” adlı almanaxda ilk dəfə olaraq dağlara həsr olunmuş bir çox şeirlər toplanmışdır. Kitab xeyriyyəçilik məqsədilə çap olunmuşdur. Layihənin rəhbəri “Yazarlar" jurnalının təsisçisi və baş redaktoru, yazıçı-şair  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Zaur Ustacdır.


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: