Dövlət İmtahan Mərkəzində 10-14 fevral tarixlərində ingilis dili üzrə növbəti beynəlxalq imtahanlar keçirilib

14-02-2020, 16:15
212

İmtahanların gedişi zamanı iştirakçıların bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb

İmtahanların gedişi zamanı iştirakçıların bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Bu həftə ərzində 5 nəfər (1 yerli və 4 əcnəbi) “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahanda iştirakçıların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılıb. “Ən tez və ədalətli” (fast&fair English test) sayılan PTE-A imtahanının nəticələri 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir və 60-dan çox ölkənin müxtəlif ali təhsil müəssisələrində qəbul edilir.
2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olan Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz ingilis dili və müxtəlif ixtisas sahələri üzrə imtahanların saatları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün*

Saat

“Pearson Test of English Academic”Hər həftənin çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləriSəhər növbəsi: 10:00–13:00
Günorta növbəsi: 15:00–18:00
IT, maliyyə, mühasibat, menecment, tibb və s. sahələr üzrə 100-ə yaxın imtahanHər həftənin bazar ertəsi günləriGünorta növbəsi: 12:00–18:00
* qeyri-iş günləri imtahanlar keçirilimir
İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: