Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

14-02-2020, 17:00
107

12 - 13 fevral 2020-ci il tarixlərində fizika, rus dili, biologiya, tarix fənləri üzrə hazırlıq kurslarının növbəti məşğələləri keçirilib

Məşğələlərin mövzusu  təhsil proqramı (kurikulum) əsasında tərtib edilmiş tapşırıqların qiymətləndirmə meyarları haqqında olub.
Fizika və tarix fənləri üzrə məşğələlərdə kurs iştirakçıları tərəfindən hazırlanmış referatların müzakirəsi aparılıb. Təqdimatlardan sonra fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Biologiya fənni üzrə məşğələnin mövzusu “Situasiya tipli tapşırıqların hazırlanması”, Rus dili fənni üzrə isə “Qiymətləndirmə meyarlarının hazırlanması” olub.
Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji yönümlü fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Növbəti həftə məşğələlər davam etdiriləcək. 


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: