Ustadım Dərviş Yunus ƏMRƏ

20-02-2020, 01:30
42

Yunus Əmrə (d.1238 Sarayköy, Milhalıççıq, Əskişəhər – ö.1321 Sarayköy, Milhalıççıq, Əskişəhər) — Anadoluda türkcə şeirin banilərindən biri[7]; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.

Həyatı

Tapdıq Əmrə ilə tanış olması

Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun[10] müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından[11] Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında[12] oldusa da[13], onu “Bizim Yunus” edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir.[14] Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.[4][15]

Digər mütəfəkkirlərlə tanış olması[redaktəəsas redaktə]

Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir.[10] 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır.[10] Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi[4], Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi[16], məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.

Vəfatı[redaktəəsas redaktə]

Yunus Əmrə, “Risalətun-Nushiyyə” adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:“Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.[17]
Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M. 1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:
“Vəfatı Yunus Əmrə
Müddəti-Ömür 82
İl 720[17][18]
Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.[7]

Məzarı[redaktəəsas redaktə]

Əsas məqalə: Yunus Əmrənin məzarı
Qaxın Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahında Yunus Əmrəyə aid olduğu iddia edilən məzar
Yunus Əmrənin məzarı olduğu iddia edilən[3] bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu[19], Tuzcu[20] və ya Düzcü[21]) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi[22]; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı.[23]
Səyyah Övliya Çələbinin Səyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq “Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır.”[24] deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir.[4] 1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı.[24] Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.[4]
Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.[24]

Yaradıcılığı

Yunus Emre: Aşkın sesi filminin afişası
İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.[16] Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur.[17] Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.[17]

Əsərləri

Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.[25]

Divan

Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır.[10][17] Şeirlər əruz və heca vəznlərində yazılmışdır.[11]

Risalətun-Nushiyyə

Əsas məqalə: Risalətun-Nushiyyə
Adının mənası “Nəsihətlər kitabı”dır. Didaktik əsərdir.[25] Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:“Sözə tarix yeddi yüz yeddi idi,
Yunus canı bu yolda fidiidi.[17]

Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M. 1307/8) yazmış olduğu iddia olunur.[7][26][27] Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.[28]

Əmrə sözünün mənası

Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə “Aşiq” mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri “aşiq olmaq” deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır.[29] Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda “imrəmək” və “imrənmək” feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.[30]

Mədəniyyətdə

Əsərlər

2009-cu ildə tədavülə çıxmış 200 Türk lirəsinin arxa üzündə Yunus Əmrənin porteti və VyanadakıYunus Əmrə Çeşməsinin şəkli əks olunmuşdur.[31][32]
İskəndər Palanın Yunus Əmrədən bəhs edən Od romanının sonuncu nəşrinin üz qabığı
  • Od (Bir Yunus romanı)“, İskəndər Pala
  • “Yunus Emre”, Cahit Öztelli
  • “Aşka Ağlayan Derviş”, Mahmut Ulu, bioqrafik roman
  • “Yunus Emre Divan ve Risaletü’n-Nushiyye”, Mustafa Tatcı
  • Sarıköylü Yunus Emre, Eskişehir Valiliği, Bahattin Atak
  • “Yunus Emre Divanı”, Faruk K. Timurtaş
  • Bizim Yunus, Mustafa Özçelik [1][2]
  • Yunus Emre Divanı, Burhan Toprak
  • “Yunus Emre Seçme Şiirler”, Fide Yayınları
  • “Yunus Emre Külliyatı”, 2008
  • “Antologıa Shel Shırım Sufıım Me et Yunus Emre”, Denis Ojalvo, Avram Mizrahi ve Selim Amado  (ivr.)
  • “Aşkın Kandili”, Galip Argun
  • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə: Həyatı, sənəti və şerləri. 1952.
  • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə və təsəvvüf. 1961.
  • Nəzihə Araz. Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi. 1961.
  • Köyxan Övliya oğlu. Anadolunun iç aydınlığı – Yunus Əmrə. 1963.

Filmoqrafiya

Diskoqrafiya

Ədəbiyyat


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: