“Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib

21-02-2020, 16:15
133

Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2020-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi-təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.
Yarış bölmələrdə xidmət edən aşpazların praktiki təcrübələrinin təkmilləşdirilməsi, yeməkxanaların nümunəvi vəziyyətdə saxlanılması, yeməklərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə keçirilib.
Üç mərhələdə keçirilən yarış vaxtı qidanın düzgün hazırlanmasına, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normalarına, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsinə, xüsusi geyimin təmizliyinə, sanitariya-gigiyena tələblərinə ciddi riayət edilməsinə və digər amillərə xüsusi diqqət yetirilib.
“Ən yaxşı hərbi aşpaz” adı uğrunda keçirilən yarışın yekununda qaliblər müəyyən edilərək mükafatlandırılıb.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: