Fənlər üzrə növbəti elmi-metodiki seminarlar keçirilib

21-02-2020, 16:45
140

17-21 fevral 2020-ci il tarixlərində Azərbaycan dili, ingilis dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat  fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirilib

Seminarlarda DİM tərəfindən hazırlanmış Azərbaycan dili fənni üzrə “Azərbaycan dili – 6”, kimya fənni üzrə “Kimya-10”, rus dili fənni üzrə “Русский язык – 7”, tarix fənni üzrə seminarda “Azərbaycan tarixi – 6” fənn kurikulumu üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının təkmilləşdirilməsi məqsədilə elmi‑metodiki baxımdan müzakirə aparılıb.
Həmçinin seminarlarda fizika fənni üzrə 10-cu sinif “Fizika”, biologiya fənni üzrə 11-ci sinif “Biologiya”, coğrafiya fənni üzrə “Coğrafiya” (6-11-ci sinif dərslikləri üzrə “Təbii ehtiyatlar” bölməsi) dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.
İngilis dili fənni üzrə seminarda “Designing test items” adlı təqdimat müzakirə edilib.
Riyaziyyat fənni üzrə seminarda “Riyaziyyat fənni üzrə təhsil proqramı (kurikulum) əsasında açıq tipli tapşırıqların və situasiya tapşırıqlarının hazırlanması və onlar üçün meyarların yazılması” adlı təqdimat müzakirə edilib.
Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: