Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

21-02-2020, 17:15
60

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına 38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya fakültəsinin IV kurs tələbələri və məktəbin IV, V və VII sinif şagirdləri iştirak etdilər. 
Kitabxananın böyük metodisti İradə Hüseynova bildirdi ki, Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində həlak olan dörd nəfərin xatirəsi ilə bağlıdır. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət etmişlər. Məktəb kitabxanasının müdüri Səbinə Abbasova ölkəmizdə ana dilinin qorunması ilə bağlı görülən işlərdən  danışdı. Şagirdlər ana dilinə həsr olunmuş şeirlər söylədilər.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva tədbir iştirakçılarına təşəkkürünü bildirdi.


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: