Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

21-02-2020, 20:00
122

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Ölkə daxilində mühüm siyasi hadisələrdən biri olan parlament seçkilərinin müvəffəqiyyətlə keçirilməsi münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Çox şadam ki, Sizin qətiyyətli fəaliyyətiniz sayəsində Azərbaycan Respublikası öz layiqli yerini tapıb, siyasi və iqtisadi sahələrdə uğurla inkişaf edir.
Tam əminəm ki, ölkələrimiz arasında sıx dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyinizlə bundan sonra da möhkəmlənəcək və xalqlarımızın firavanlığına və inkişafına kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, 2020-ci ildə Qırğız Respublikasına Sizin rəsmi səfərinizi səbirsizliklə gözləyirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm.

Hörmətlə,
Sooronbay Jeenbekov
Qırğız Respublikasının Prezidenti


Mənbə: https://president.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: