Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb

22-02-2020, 04:00
174

On yeddi yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Qolları Edanur Mutlu və Büşra Yabançı vurub.
Turnir çərçivəsində U-17 millimiz növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: