Tovuzlu fermerlər istixanalarda yetişdirdikləri məhsulun satışından 4 milyon 100 min manat gəlir götürüblər

25-02-2020, 11:30
263

Ötən mövsüm tovuzlu fermerlər ümumilikdə 38,4 hektar sahəni əhatə edən istixanalarda 3072 ton məhsul yetişdiriblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fermerlər məhsul satışından 4 milyon 100 min manat gəlir əldə ediblər.
Eyni zamanda, 1329 hektar tərəvəz əkini sahəsindən 28 min 475 ton məhsul götürülüb. O cümlədən 10270 ton yerkökü istehsalından fermerlər 3 milyon 629 min manat gəlir götürüblər.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: