Fevralın son günlərində ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

26-02-2020, 16:30
101

Fevralın son günlərində ölkə ərazisində hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi gözlənilir.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
G.Məmmədovanın sözlərinə görə, həm Bakıda və Abşeron yarımadasında, həm də bölgələrdə arabir güclənən cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq.
Qeyd edək ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında 9-12°, bölgələrdə 12-17° isti olacaq.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: