Moldovada koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb

9-03-2020, 06:00
112

Moldovada koronavirusa görə bütün kütləvi, mədəni, idman tədbirlərinin keçirilməsi təxirə salınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə naziri Viorika Dumbredyanu məlumat verib.
Onun sözlərinə görə, tədricən muzey, teatr tamaşaları, sərgilər də təxirə salınacaq.
“Biz vəziyyətin daha kritik olmasını gözləməməliyik. Bütün vətəndaşlardan da verilən qərarlara anlaşıqlı yanaşmasını xahiş edirik”, -deyə nazir əlavə edib.
Qeyd edək ki, Moldovada da koronavirusa yoluxma halı qeydə alınıb. Bununla bağlı ölkədə “narıncı təhlükə” kodu elan edilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: