Keçən il Gəncədə 1 milyard 69 milyon manatdan çox məhsul istehsal olunub və xidmətlər göstərilib

10-03-2020, 01:00
126

Keçən il Gəncədə 1 milyard 69 milyon manatdan çox məhsul istehsal olunub və xidmətlər göstərilib.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ümumi məhsulun 73,5 faizi qeyri-dövlət bölməsində istehsal edilib.
Əhalinin hər bir nəfərinə düşən ümumi məhsulun həcmi 3 min 194 manata bərabər olub ki, bu da əvvəlki ilə nisbətən 2,6 faiz artım deməkdir. Ötən il ümumi məhsulun 40,4 faizi sənayedə, 0,3 faizi kənd təsərrüfatında, 22,2 faizi tikintidə, 5,4 faizi nəqliyyatda, 0,5 faizi informasiya və rabitədə, 31,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmirində istehsal olunub. Məhsul buraxılışının 62,9 faizi iqtisadiyyatın istehsal, 37,1 faizi isə xidmət sahəsinin payına düşüb. Ümumi məhsul buraxılışının xüsusi çəkisi iqtisadiyyatın dövlət bölməsində 74,5 faiz, qeyri-dövlət bölməsində isə 25,5 faiz təşkil edib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: