Psixonevroloji sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılır

10-03-2020, 02:00
201

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkədə reabilitasiya infrastrukturu ilə yanaşı, sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu məqsədlə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda isə Nazirliyin Şamaxı və Göygöl rayonlarındakı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, hər iki müəssisədə müvafiq kateqoriyadan olan əlilliyi olan şəxslərin stasionar şəraitdə reabilitasiya və reabilitasiyayönümlü sosial-məişət xidmətləri ilə təminatı üçün müasir şərait yaradılacaq.
Bu il ərzində həmin sosial obyektlərin istifadəyə verilməsi planlaşdırılır.


Mənbə: https://www.cbar.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: