UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin daha iki görüşü azarkeşsiz keçəcək

10-03-2020, 05:00
172

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərarlar qəbul edib.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq “Olimpiakos” (Yunanıstan) – “Volverhemton” (İngiltərə) və “Sevilya” (İspaniya) - “Roma (İtaliya) görüşləri azarkeşsiz keçiriləcək. Bu komandalar arasında oyun martın 12-də təşkil olunacaq.
Xatırladaq ki, daha əvvəl qitə futbol qurumu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) – “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz baş tutacaq.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: