İranda 2 şəhər karantinə alındı

10-03-2020, 06:00
137

İranda koronavirus infeksiyasının yayılması hökuməti daha ciddi addımlar atmağa vadar edib.
AZƏRTAC xəbər verir ki, virusun ən çox yayıldığı Sistan-Bəlucistan vilayətindəki Çabahar və Nişabur şəhərləri karantinə alınıb. İranın rəsmi dövlət xəbər agentliyi olan İRNA-nın yazdığına görə bu şəhərlərə giriş-çıxış qadağan edilib. Təyyarə reysləri qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İnsanlara küçələrə çıxmamaq barəsində xəbərdarlıq edilib.
Xatırladaq ki, Çabaharda İranın Sakit okeana çıxışı olan yeganə limanı yerləşir.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: