“Azərsu” ASC-nin rəhbərliyi Horadiz, Beyləqan və İmişlidə vətəndaşları qəbul edəcək

12-03-2020, 00:00
124

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov martın 16-da Horadiz şəhərində Füzuli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərini qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, martın 17-də “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Beyləqan şəhərində Beyləqan və Xocavənd, mart 18-də isə sədr müavini Etibar Məmmədov İmişli rayonunun sakinləri ilə görüşəcək.
Qəbullar Horadiz şəhərindəki Muğam Mərkəzində, Beyləqan Sukanal İdarəsinin inzibati binasında və İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq. Vətəndaşlar qəbul üçün Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və “office@azersu.az” elektron poçtu vasitəsilə müraciət edə bilərlər.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: