Şamaxıda daimi iş yerlərinin sayı iki dəfəyə yaxın artıb

13-03-2020, 01:00
106

Şamaxı rayonunda keçən il 1403 daimi iş yeri açılıb. İnişil isə açılan daimi iş yerlərinin sayı cəmi 714 olub. Beləliklə də, keçən ildə artım əvvəlki ilə nisbətən iki dəfəyə yaxın olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə muxbirinə bildirilib ki, ölkəmizdə yaradılan “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nəzdindəki “DOST İş Mərkəzi”ndə rayon üzrə keçən il 420 yeni iş yeri açılıb.
Özünüməşğulluq proqramı çərçivəsində 2018-ci illə müqayisədə 85 ailə çox olmaqla, 172 ailə öz layihəsini təqdim edərək uğur qazanıb. Onlardan 136 ailəyə aktivlər təqdim olunub. 132 ailəyə 198 baş damazlıq inək, 660 baş xırdabuynuzlu heyvan və 54 ton yem, 4 ailəyə isə 60 arı ailəsi verilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: