Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

14-03-2020, 06:00
125

Cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 1 milyard 855 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində ixracın həcmi 4,5 faiz artaraq 526,3 milyon dollar, idxalın həcmi isə 6,8 faiz artaraq 1 milyard 328,7 milyon ABŞ dollar təşkil edib. Həmçinin xarici ticarətdə 802,5 milyon ABŞ dolları həcmində mənfi saldo yaranıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: