“Eurovision – 2020” mahnı yarışmasının ləğvi gözlənilmir

16-03-2020, 04:00
103

May ayında Niderlandda keçirilməsi planlaşdırılan “Eurovision – 2020” mahnı yarışması koronavirus təhlükəsi ilə əlaqədar ləğv olunmayacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rotterdam şəhər hakimiyyəti qərar qəbul edib.
Rotterdam bələdiyyə şurasının əməkdaşı Said Kasmi hakimiyyətin virusun yayılmasına gündəlik nəzarət etdiyini bildirib.
“Hələ ki, yarışma hər hansı əlavə qərarın verilməsini tələb etmir. Hazırlıq işləri davam etdirilir. Düşünürəm ki, aprelin ortasında bu suala bir daha qayıtmaq lazım olacaq, ancaq müsabiqəyə qədər hələ vaxtımız çoxdur”, - deyə o əlavə edib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: