Masallıda baramaçılığın inkişafına diqqət artırılıb

17-03-2020, 00:00
41

Masallıda ənənəvi təsərrüfat sahələrindən biri baramaçılıqdır. Ölkəmizdə fermerlərə, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onalara verilən subsidiyalar, güjətli kreditlər rayonda baramaçılığın inikşafı üçün real imkanlar yaradıb.
Masallı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, ötən il rayonda 5318,80 kiloqram yaş barama “Azər-İpək” MMC-yə təhvil verilib.
Təhvil verilmiş yaş baramaya görə istehsalçılara hər kiloqramına görə 4 manat olmaqla 21218,67 manat ödənilib.
Dövlət büdcəsinin vəsaiti hesabına isə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə 5 manat olmaqla 26395,50 manat subsidiya hesabalanaraq, cəmi 47614,17 manat kümçülərin bank hesablarına köçürülüb.
Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından 2018-ci ildə 25000, 2019-cu ildə isə 30000 ədəd tut tingi gətirilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: