Koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək göstərilir

17-03-2020, 09:30
143


Dünyada yayılmış koronavirus (COVID-19) infeksiyasının xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlara mümkün təsirlərinin azaldılması və bu sahədə yerli sahibkarlara dəstək göstərmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “PAŞA Bank” ASC ilə birgə təşəbbüs irəli sürüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Çin Xalq Respublikası ilə ticarət əlaqələri olan yerli sahibkarların son zamanlar üzləşdikləri maliyyə çətinlikləri nəzərə alınaraq “PAŞA Bank”ın müştəriləri olan yerli sahibkarlara, xüsusilə də kiçik və orta biznes subyektlərinə bu istiqamətdə həyata keçirdikləri pulköçürmələri üzrə komissiya 0,2 faizə endirilib.
Çinlə biznes əlaqələri olan “Paşa Bank” müştəriləri “https://lnkd.in/eFHduin” linkinə daxil olmaqla bu güzəştdən onlayn rejimdə istifadə edə bilərlər.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: