Milli İncəsənət Muzeyinin kolleksiyaları ilə evdən çıxmadan tanış olmaq mümkündür

17-03-2020, 10:30
52

Milli İncəsənət Muzeyinin COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə fəaliyyətini dayandırmasına baxmayaraq onun zəngin kolleksiyasının əsas eksponatları ilə müasir və istifadədə rahat olan mobil tətbiqi yükləməklə evdən çıxmadan tanış olmaq mümkündür.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mobil tətbiqetmə həm böyüklər, həm də uşaqlar üçün mövcuddur və 5 dildə-Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində təqdim olunur.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: