Ötən il Şəkidə 1234 nikah və 251 boşanma halı qeydə alınıb

17-03-2020, 13:30
106

2019-cu ildə Şəki rayonunun əhalisi 1348 nəfər artaraq, 2020-ci il yanvarın 1-i vəziyyətinə 188 min 87 nəfərə çatıb. Onlardan 68 min 224 nəfəri Turan və Çələbixan qəsəbələri də daxil olmaqla şəhər, 119 min 863 nəfəri isə kənd əhalisidir. Əhalinin 36,3 faizi şəhər, 63,7 faizi isə kənd yerlərində məskunlaşıb. Əhalinin 50 faizini kişilər, 50 faizini qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən il Şəki rayounda 2506 uşaq dünyaya gəlib, 1158 ölüm halı qeydə alınıb. Yeni doğulan körpələrin 835 nəfəri şəhər, 1671 nəfəri kəndlərin payına düşür. 2019-cu ildə rayonda 1234 nikah və 251 boşanma halı qeydə alınıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: