Gənclər arasında boks üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

17-03-2020, 14:30
153

Aprelin 22-dən mayın 3-dək keçirilməli olan gənclər arasında boks üzrə Avropa çempionatı təxirə salınıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropa Boks İttifaqı koronavirus pandemiyası ilə əlaqədar yarışın vaxtını dəyişib. Yerli Təşkilat Komitəsinin və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına dair qərar qəbul edib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtının yenidən dəyişə biləcəyini də istisna etməyib.
Avropa çempionatının Monteneqronun Budva şəhərində keçirilməsi planlaşdırılırdı.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: