Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı sərgi virtual rejimdə oxuculara təqdim olunur

17-03-2020, 15:00
49

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Kitabxananın əməkdaşları fəaliyyət göstərdikləri üçün oxuculara virtual rejimdə xidməti təmin edirlər.
AZƏRTAC xəbər verir ki, martın 17-də Milli Kitabxananın əməkdaşları tərəfindən istifadəçilərə “Yurdumuza bahar gəlir” (http://anl.az/el/vsb/novruz/index.htm) adlı virtual sərgi təqdim edilib. Sərgidə mövzuya dair həm şəkillər, həm də kitablar təqdim olunur. Nümayiş olunan hər bir kitab haqqında ətraflı məlumat verilir. Eyni zamanda, kitabxananın saytının “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri də verilib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: