Xəyalə Sevili doğum günü münasibətilə təbrik edirik! 18 mart 1985-ci il)

18-03-2020, 04:00
158

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Xəyalə Sevili, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüGündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı şəhəri üzrə  xüsusi nümayəndəsini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!


Mətbuat xidməti


 * * *
 
Yanağım quruyan kimi
Damcı-damcı yaş qatıram.
Sənsiz elə darıxıram...
Sənsiz belə baş qatıram.

Gözümün nəm tərəfinə,
Könlümün qəm tərəfinə,
Dünyanın sən tərəfinə
Allı-güllü eşq atıram.

Susma, gözlərin səs edir,
Duyğuların həvəs edir.
Ya mən, ya da mən, bəs edir?
Birini seç, püşk atıram.

*****
Mən onu da bilirdim.
Onu da bilirdim ki,
O bəzəkli sözlərin
Üzü var, içi yoxdu.
Ürəyin var sevməyə,
Var, amma ki, o boyda
Ürəyin gücü yoxdu.

Mən onu da bilirdim.
Onu da bilirdim ki,
Sən mənim çin çıxmayan
Yuxum kimi uzaqsan.
Bircə yol ürəyinə toxuna bilmədiyim
Yaxın kimi uzaqsan.

Mən onu da bilirdim.
Onu da bilirdim ki,
Gözlərində həmişə
Şəklim gözəl görünür.
Bir xəyalam səni üçün...
Eh! Sənin ki, xəyalında
Nə xəyallar sürünür...
Gözlərini çək üzümdən,
Məni gözlərin sevir.
Bacarırsan...
Bacarırsan,
Ürəyini mənə çevir.


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: