Goranboyda yaradılan yeni istilikxanada və damazlıq qoyunçuluq təsərrüfatında 150 nəfər işlə təmin olunacaq

18-03-2020, 06:00
92

Goranboy rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Son illər rayonda bir neçə istehsal və emal müəssisəsi istifadəyə verilib. Keçən il Qızılhacılı qəsəbəsində 15 hektar sahədə 4-cü nəsil yeni istilikxana kompleksi - “Kaskad Aqro” fəaliyyətə başlayıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Muzdurlar kəndində fəaliyyət göstərən 920 başlıq iribuynuzlu südlük və damazlıq heyvandarlıq kompleksinin nəzdində süd məhsullarının emalı müəssisəsinin və damazlıq qoyunçuluq təsərrüfatının da yaradılması nəzərdə tutulub.
Qeyd edilib ki, bütün bunlar reallaşdıqdan sonra, ümumilikdə, 150 yeni iş yeri açılacaq.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: