Polşadakı azərbaycanlılara xəbərdarlıq olunub

18-03-2020, 09:00
55

Son günlərdə Polşa ərazisində koronavirusa (COVID-19) yoluxanların sayında artımın qeydə alınması ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyi ölkəmizə gəlmək istəyənlər üçün viza məhdudiyyətləri tətbiq edib.
AZƏRTAC xəbər verir ki, viza üçün müraciətlərdə ancaq xüsusi hallar nəzərə alınacaq. Bu hallarda xüsusi tibbi göstərişlər də tələb olunacaq.
Polşada yaşayan azərbaycanlılar arasında da virusa yoluxma şübhəsi yarandıqda bu ölkənin Milli Səhiyyə Fondunun telefon nömrəsi ilə əlaqə saxlamaq mütləqdir (Polyak və ya ingilis dillərində). Əlaqə telefonu: 800-190-590.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: