“Microsoft Store” mağazalarında iş dayandırılıb

18-03-2020, 09:30
47

“Microsoft” korporasiyası koronavirus pandemiyasına görə “Microsoft Store” pərakəndə mağazalarının bağlanmasını elan edib.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Microsoft” korporasiyasının ABŞ-da 70-dən çox mağazası, Kanadada 7 ticarət nöqtəsi, Puerto-Riko, Avstraliya və Böyük Britaniyada mağazaları fəaliyyət göstərir. Onların işə başlayacağı tarix dəqiq məlum deyil.
Qeyd edək ki, “Microsoft” Sietldə “COVID-19” koronavirus infeksiyası yayılmağa başladıqda öz əməkdaşlarına evdən işləməyi təklif etmiş ilk şirkətlərdən biri olub.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: