Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv qəbul edilib

18-03-2020, 12:00
95

Azərbaycanın peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib. 
Sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur. “WorldSkills Asia” müsabiqəsi, həmçinin peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib  texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.
İki ildən bir keçirilən yarışlarda ölkəmizin bir neçə ixtisas üzrə cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək “WorldSkills Asia” yarışmasına qatılması planlaşdırılır.


Mənbə: https://edu.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: