Yeni Zelandiya hökuməti xaricə səfərləri təxirə salmağı tövsiyə edib

19-03-2020, 06:00
78

Yeni Zelandiya hökuməti koronavirusla əlaqədar xaricə səfərlərin təxirə salınması barədə tövsiyə edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hökumət ilk dəfə vətəndaşlara xaricə getməməyi məsləhət görüb. Hazırda xaricdə olan vətəndaşlardan isə təcili olaraq geriyə qayıtmaları xahiş olunub. Ümumiyyətlə xaricdə yaşayan yeni zelandiyalılara regional şərait nəzərə alınmaqla ən yüksək təhlükəsizlik tədbirləri görmək tövsiyə edilib.
Əlavə olaraq bildirək ki, qonşu Avstraliya hökuməti də vətəndaşlara xaricə səfər etməmələrini bildirib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: