Bosniya və Herseqovinada yaşayan azərbaycanlılar üçün “qaynar xətt” fəaliyyət göstərir

19-03-2020, 07:00
49

Yeni tip koronavirusun (COVID-19) bir çox ölkələrdə, o cümlədən Bosniya və Herseqovinada sürətlə yayılması müşahidə edilməkdədir.
AZƏRTAC xəbər verir ki, koronavirusdan effektiv şəkildə qorunmaq üçün Azərbaycanın bu ölkədəki səfirliyinin rəsmi saytında tövsiyələr dərc olunub. Qeyd edilir ki, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomların yarandığı halda +387 62 086 282, +387 62 030 778, +387 62 030 796, +387 62 030 728 nömrəli telefonlarla əlaqə saxlamaq və təcili tibbi müayinədən keçmək vacibdir.
Habelə diplomatik nümayəndəlik tərəfindən müəyyən edilmiş "qaynar xətt"lə (+387 62 299 900) də əlaqə saxlamaq olar.
Konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: