“Microsoft” korporasiyası “Build” konfransını onlayn formatda təşkil edəcək

19-03-2020, 08:00
53

“Microsoft” korporasiyası koronavirus pandemiyası səbəbindən mayın 19-21-də Sietldə keçirilməsi planlaşdırılan “Build” konfransının ləğv edilməsini rəsmən elan edib. AZƏRTAC “digger.ru” saytına istinadla xəbər verir ki, şirkətin nümayəndələri tədbirin onlayn formatda keçiriləcəyini bildiriblər.
2019-cu ildə “Microsoft” şirkəti “Windows 10” və “Minecraft AR” üçün “Linux” nüvəsini nümayiş etdirib. Bu il şirkətin “Windows 10x” əməliyyat sistemi və ikiekranlı qurğular haqqında məlumat verəcəyi gözlənilir.
Daha əvvəl “Facebook” və “Google” kimi digər nəhəng texnologiya şirkətləri koronavirusa görə öz tədbirlərini ləğv etməli olublar.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: