Peşə ixtisasları üzrə teledərslər yayımlanacaq

19-03-2020, 13:00
50

Martın 29-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, həmçinin dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilib.
Sənayedə quraşdırma işləri, tikinti, avtomobil diaqnostikası və təmiri, avtomatika ixtisasları üzrə video dərslərin çəkilişi yekunlaşıb. Növbəti günlərdə digər peşə ixtisasları üzrə teledərslərin hazırlığı nəzərdə tutulur.
Peşə ixtisasları üzrə “Dərs vaxtı” verilişinin cədvəli qısa zamanda açıqlanacaq.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə bilərlər.


Mənbə: https://edu.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: