Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Arif Alviyə

21-03-2020, 08:30
53

Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Arif Alviyə

Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı − Pakistan Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan-Pakistan münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, strateji tərəfdaşlığımız, beynəlxalq təşkilatlarda, xüsusən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2020-ci il.


Mənbə: https://president.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: