Ağsuda çiyid səpininə hazırlıq işləri başa çatıb

1-04-2020, 08:30
192

Ağsu rayonunda çiyid səpininə hazırlıq işləri tam başa çatdırılıb.
“P-Aqro” MMC-nin Ağsu filialından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 500 hektarda çiyid səpini planlaşdırılıb. Əkin üçün 33 nəfər fiziki şəxslə müqavilə bağlanıb. Artıq hər yerdə şum hazırdır. Sahələrin disklənməsi də başa çatdırılıb. Kifayət qədər liftli və liftsiz çiyid gətirilib. Habelə, amofos və fosfor gübrələri də tədarük olunub ki, bunu əkinçilər “Fermer kartı” ilə ala biləcəklər. Səpin üçün 9 ədəd texnika, o cümlədən 6 səpin aqreqatı tam hazır vəziyyətdədir.
Qeyd edək ki, ən çox səpin rayonun Çaparlı icra nümayəndəliyində “Aqrofreş” MMC tərəfindən aparılacaq. Belə ki, burada 300 hektarda əkin nəzərdə tutulub. Habelə, Ərəbmehdibəy, Bozavand, Rəhimli ərazi dairələrində də fiziki şəxslər səpinə tam hazırdırlar. Pambıqçılar aprelin ikinci ongünlüyünün sonunadək çiyid səpinini başa çatdırmağı nəzərdə tutublar.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: