Özbəkistanda koronavirusa yoluxanların sayı 172-yə çatıb

1-04-2020, 11:30
76

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 172-yə çatıb, dünən bu rəqəm 158 olub.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, indiyədək koronavirusa yoluxan səkkiz xəstə sağalıb və onlar reabilitasiya mərkəzinə göndəriliblər. Virusa yoluxanların 22-nə pnevmoniya diaqnozu qoyulub. Yeddi xəstənin vəziyyəti ağır olaraq qalır, 2 nəfər ölüb.
Nazirlikdən bildiriblər ki, artıq ölkədə koronavirusla bağlı 22,1 min test həyata keçirilib.
Xatırladırıq ki, Daşkənd şəhəri, Qaraqalpaqstan Respublikası və vilayətlərdə xəstəxana və ev şəraitində karantində 90 min nəfər var.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: