Təbiətə ziyan vuran şəxs cəzalanıb

7-04-2020, 16:00
206

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı İsmayıllı rayonu ərazisində Göyçay çayının yatağında icazəsiz qazıntı işlərinin aparıldığı aşkar edilib.
          
Araşdırma zamanı qazıntı işlərinin İsmayıllı şəhər sakini Süleyman Süleymanova məxsus qum-çınqıl karxanası tərəfindən aparıldığı və yataqayırma hüdudundan kənarda qanunsuz qarışıq suxur və qumun götürüldüyü müəyyən olunub.
 
Faktla bağlı karxananın sahibi S.Süleymanov barəsində akt, protokol tərtib olunub və ona 10974 manat məbləğində cərimə tətbiq edilib.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: