Makiyajın dəriyə zərərli təsiri

15-04-2020, 04:00
59

Araşdırmalar göstərir ki, kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar var. Təbii ki, bu, insan sağlamlığına, əsasən də dəriyə çox ciddi fəsadlar verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Makiyajın ən böyük zərəri dərinin nəfəs almasına mane olmasıdır. Elə bunun nəticədir ki, bəzi xanımların üzündə çivzələr əmələ gəlir. Problemlər daha çox yağlı dərilərdə olur. Həmin dərilərdə məsamələr açıq olduğundan ətraf mühitdə olan tozlar məsamələrə girib müəyyən fəsadlar törədə bilər”.
Onun dediyinə görə, makiyajın üzə ən böyük təsiri onu uzun müddət təmizləmədikdə yaranır. Onun qarşısını almaq üçün yatmazdan əvvəl mütləq üzü təmizləyici vasitələrlə makiyajdan azad etmək lazımdır.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: