17 apreldə gözlənilən hava şəraiti

16-04-2020, 08:30
96

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  
Aprelin 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: