Şikayət yerində araşdırılıb

17-04-2020, 10:30
137

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı tikinti məqsədilə sahədəki 30 ağac tinginin icazəsiz başqa əraziyə köçürüldüyü müəyyən edilib.
Faktla bağlı əraziyə məsul şəxs, parkın direktoru Orxan Bədəlov 5000 manat məbləğində cərimə olunub.
Əraziyə yenidən ağac tingləri əkilib və onlara aqrotexniki xidmətin göstərilməsi üçün parkın direktoruna “məcburi göstəriş” verilib.
Qeyd edək ki, 29 dekabr 2019-cu il tarixində də sözügedən ərazidə ağacların kəsildiyi və təbiətə 8520 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.
Ağac kəsənlər bu günədək müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilib.


Mənbə: http://eco.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: